azturkxeber.az
http://azturkxeber.az

Xaçmazda avtomobillər və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb

10-03-2025

 

Xaçmazda avtomobillərdən və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxslərin qabaqcadan əlbir olaraq rayon ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, səs gücləndiricilər, akkumulyator, eləcə də evlərdən müxtəlif inşaat qurğuları oğurladıqları müəyyən edilib.

Hadisələri törətməkdə şübhəli bilinən Həmid Yarəliyev, Zaur Popov, Elşən Mahmudov və Elgün Müseyibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31