azturkxeber.az
http://azturkxeber.az

TÜRKPA-nın komissiya iclasında

10-03-2025

 

Martın 11-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Heydər Əsədov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyanın onuncu iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər.

Xatırladırıq ki, Əhliman Əmiraslanov adıçəkilən komissiyanın sədri, Heydər Əsədov isə üzvüdür.
 İclasda “TÜRKPA üzv dövlətlərin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji davamlılıq və yaşıl dünya sahəsində əməkdaşlığı” mövzusunda hesabat məruzəsi dinləniləcək, “ Ekoloji təhsil və maarifləndirmə haqqında ” və “ Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında”  Model Qanun layihələrinin işlənib hazırlanmasına, həmçinin gündəliyin digər məsələlərinə baxılacaq.  Milli Məclisin deputatları tədbir çərçivəsində “Ətraf mühitin mühafizəsi: yeni çağırışlar ” mövzusunda seminarda da iştirak edəcəklər.
     Səfər martın 15-də başa çatacaq. 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31