azturkxeber.az
http://azturkxeber.az

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Kubokunda dördüncü olub

10-03-2025


Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunda dördüncü olub.

Mübarizəyə 1/16 finaldan başlayan yığma ilk görüşündə Sinqapura 45:32 hesabı ilə qalib gəlib. Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstan seçməsini 45:43 hesab ilə məğlub edib. Bu qarşılaşmada komandamızın üzvü Anna Başta zədə səbəbindən çıxışını davam etdirə bilməyib. Milli qələbə seriyasını növbəti görüşdə də davam etdirib. Qadın sablyaçılarımız bu dəfə ABŞ yığmasını 45:38 hesabı ilə üstələyərək adını ən güclü "4-lüy"ə yazdırıb. Yarımfinalda fransalı rəqiblərinə 30:45 hesab ilə uduzan təmsilçilərimiz 3-cü yer uğrunda keçirilən qarşılaşmada Koreya Respublikasına 33:45 hesabı ilə məğlub olub.

Bir gün öncə keçirilən qadın sablyaçıların şəxsi yarışında isə ən yaxşı göstərici Anna Baştaya məxsusdur. Anna qadın sablyaçıların şəxsi yarışında yekun sıralamada 12-ci olub. Səbinə Kərimova 45-ci, Palina Kaspiaroviç 60-cı, Zərifə Hüseynova isə 146-cı olub.

Dünya Kubokunda 200-dən çox qadın sablyaçı yarışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31