azturkxeber.az
http://azturkxeber.az

Şəkidə avtomat satan şəxs tutulub

10-03-2025

 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin bildirilib ki, tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz Bəşirov saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs həmin silahı satmaq məqsədilə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib.

Son 1 ay ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif çaplı 20 ov tüfəngi müəyyən olunaraq götürülüb. Həmin şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu istiqamətdə zəruri bilinən əməliyyat tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31