azturkxeber.az
http://azturkxeber.az

İqtisadi Şuranın növbəti iclası keçirilib

10-03-2025


Martın 10-da İqtisadi Şuranın növbəti iclası keçirilib. 

Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində aqrar sığorta sisteminin təkmilləşdirilməsi və yeni konsepsiyanın müəyyən edilməsi üzrə yaradılmış İşçi qrup tərəfindən hazırlanan “Aqrar sığorta sisteminin inkişafı ilə bağlı Fəaliyyət Planı”, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən 2024-cü ildə pul siyasətinin əsas nəticələri, bank və sığorta sektoru üzrə əsas göstəricilər və inkişaf trendləri, habelə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin Hesabatı və digər cari məsələlər geniş müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sığorta sistemi ilə bağlı çıxış edib.

Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən ətraflı müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31