azturkxeber.az
http://azturkxeber.az

İcraçı direktor: Azərbaycanda yüksəksürətli internetlə təmin olunmuş təsərrüfatların sayı 3 milyona çatıb

10-03-2025

İcraçı direktor: Azərbaycanda yüksəksürətli internetlə təmin olunmuş təsərrüfatların sayı 3 milyona çatıb


Son 4 ildə Azərbaycanda sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılıb, internetlə təmin olunmuş təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb.

Bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev “Rəqəmsallaşmada yeni mərhələ” tədbirində çıxışı zamanı deyib.

“Bu gün ölkəmizin rəqəmsal transformasiya yolunda atdığı ən vacib addımlardan biri “Onlayn Azərbaycan” layihəsi olub. Bu layihənin əsas hədəfi ölkədə hər kəsin internetə və rəqəmsal texnologiyalara çıxışını təmin etməkdir. Rəqəmsal texnologiyalar dünyamızı kökündən dəyişdirir. “Onlayn Azərbaycan” insanların, cəmiyyətlərin rifahı və inkişafı, eləcə də planetimiz üçün böyük faydalar təklif edir. Bu texnologiyalar dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sürətlənməyə imkan yaradır”, - deyə Ş.Babayev əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31