Azərbaycanın taekvondo hakimi beynəlxalq turnirin ən yaxşısı seçilib
Azərbaycanın taekvondo hakimi Aygül Abdullayeva Niderlandın Eyndhoven şəhərində keçirilən 52-ci Niderland açıq çempionatında fərqlənib.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, beynəlxalq dərəcəli referi yarışın ən yaxşı ədalət təmsilçisi seçilib.
Qeyd edək ki, turnirdə 70 hakim iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: