azturkxeber.az
http://azturkxeber.az

Srebrenitsa Memorial Kompleksi təhlükəsizlik səbəbindən bağlanıb

08-03-2025

Srebrenitsa Memorial Kompleksi təhlükəsizlik səbəbindən bağlanıb


Bosniya və Herseqovinada Srebrenitsa Memorial Kompleksi təhlükəsizlik səbəbindən ziyarətçilər üçün bağlanıb.

1992-1995-ci illər müharibəsi zamanı Srebrenitsa soyqırımında qətlə yetirilən 6 mindən çox bosniyalının məzarının və soyqırımına dair bir çox sübutun yerləşdiyi mərkəzin ölkədəki təhlükəsizlik səbəbindən qeyri-müəyyən vaxtadək bağlı qalacağı bildirilib.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsada bir neçə gün ərzində 8372 bosniyalı vəhşicəsinə qətlə yetirilib, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib. BMT Baş Assambleyası isə ötən il mayın 23-də keçirilən sessiyada iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib.

Soyqırımı zamanı mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6760-dan çox insan dəfn edilib. Daha 250 soyqırımı qurbanının nəşi isə ailələrinin istəyi ilə yerli qəbiristanlıqlarda basdırılıb. Srebrenitsa soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi hələ də tapılmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31