Daşkəsəndə qanunsuz ov ilə məşğul olan şəxslər saxlanılıblar
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov edən A. Musayev, B. Kamalov və E. Abbasov saxlanılıblar.
Həmin şəxslərdən qanunsuz ovladıqları 3 ədəd çöl donuzu və 1 ədəd ov tüfəngi aşkarlanıb.
Faktlar üzrə araşdırmalar aparılır.