azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ordusunda Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib

08-03-2025


Şəhid ailələrinin, Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların, dövlət qulluqçularının və mülki işçilərin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, əvvəlcə tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil və hərbi tibb müəssisələrində, eləcə də digər sahələrdə xidmət edən qadın hərbi qulluqçularımızın, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyinin daim yüksək qiymətləndirildiyini bildiriblər. Onlara gələcək xidmətlərində, eləcə də şəxsi həyatlarında uğurlar və müvəffəqiyyətlər arzulayıblar.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan qadını yaxından iştirak edir.

Sonra tədbirlərdə iştirak edən qadınlara gül dəstələri və bayram hədiyyələri təqdim olunub.

Keçirilən tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyətinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31