azturkxeber.az
http://azturkxeber.az

ABŞ-da saxlanılan Məhəmməd Şərifulla “Krokus Siti Hall”dakı terror hadisəsində əli olduğunu etiraf edib

08-03-2025

ABŞ-da saxlanılan Məhəmməd Şərifulla “Krokus Siti Hall”dakı terror hadisəsində əli olduğunu etiraf edib


ABŞ Ədliyyə Nazirliyi dörd il əvvəl Kabil hava limanında baş vermiş partlayışın təşkilində şübhəli bilinən Məhəmməd Şərifullanın saxlanıldığını bildirib. Nazirliyin məlumatına görə, o, Moskvanın “Krokus Siti Hall” konsert zalında törədilmiş terror aktının icraçılarına təlimat verdiyini etiraf edib.

ABŞ Prezidenti Donald Tramp onun saxlandığını Konqresə müraciəti zamanı elan edib və M. Şərifullanın Əfqanıstandan ordunun çıxarılması zamanı ABŞ hərbçilərinin həlak olmasında əli olduğunu deyib. Daha sonra Ağ Evdən bildirilib ki, saxlanılan şəxs hava limanlarına və Rusiyada, həmçinin İranda törədilmiş digər hücumlarda iştirakını etiraf edib. O, bu ifadələri FTB agentlərinin keçirdiyi dindirmə zamanı da təsdiqləyib.

"Krokus Siti Hall"da terror aktı 2024-cü ilin martında baş verib və çoxlu sayda insanın həlak olmasına və yaralanmasına səbəb olub. İstintaq çərçivəsində birbaşa icraçılar və onların ortaqları da daxil olmaqla, 20-dən çox şəxs saxlanılıb.

İstintaq davam edir və hüquq-mühafizə orqanları M. Şərifulla və onunla əlbir olmuş şəxslərin əməllərinə bağlı olan bütün halları və əlaqələri müəyyənləşdirmək üzərində çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31