azturkxeber.az
http://azturkxeber.az

Ramin Məmmədov: Azərbaycan dövləti tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə xüsusi diqqət göstərir

07-03-2025


Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumunun rəhbəri, Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə görüşüb.

Görüşdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycandakı tolerantlıq mühitinin, birgəyaşayış mədəniyyətinin dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndirildiyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq ölkəmizdə dini konfessiyalara göstərilən yüksək diqqət və qayğıdan, onların mənəvi irslərinin qorunması sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edilib. Mütəmadi olaraq ölkəmizdəki dini konfessiyaların dəstəklənməsi məqsədilə maddi yardım ayrıldığını diqqətə çatdıran Komitə sədri qeyd edib ki, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlətin xüsusi diqqət göstərdiyi mühüm sahələrdən biridir.

Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın dinlərarası dialoqun təşviqi, tolerantlığın, multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu vurğulayıb. Eyni zamanda, dövlətin dini icmalara göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31