azturkxeber.az
http://azturkxeber.az

Qərbi Azərbaycanın Tarixi və Hüquqi Aspektlərinə dair Beynəlxalq Onlayn Konfrans təşkil olunub

07-03-2025


Budapeştdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi və AYİD-Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası ilə birlikdə “Qərbi Azərbaycana Qayıdış Hüquqlarının Müdafiəsində Gənclərin Rolu: Qərbi Azərbaycanın Tarixi və Hüquqi Aspektləri” adlı Beynəlxalq Onlayn Konfrans təşkil olunub.  AYİD-Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının sədri və konfransın moderatoru Fərqanə Bayramlı Qərbi Azərbaycana qayıdış hüquqları mövzusunda nüfuzlu diplomatları, hüquq ekspertlərini, siyasətçiləri və alimləri bir araya gətirməkdən qürur duyduğunu vurğulayıb.

Konfransda Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə, Milli Məclisin deputatları Qaya Məmmədov, Əli Hüseynli, Cavanşir Feyziyev və Budapeştdəki Türk Dövlətləri Təşkilatının Baş Layihə Koordinatoru, beynəlxalq əlaqələr üzrə təhlilçi David Biro çıxış ediblər. Onlar beynəlxalq humanitar hüquq, mədəni irs, siyasi aspektlər, hüquqi perspektivlər, regional sabitlik, işğaldan azad olunmuş torpaqların bərpası, Qərbi Azərbaycana qayıdış hüquqları və regionun gələcək inkişafına təsiri mövzusunda fikir bildiriblər.

Macarıstan, Türkiyə, Almaniya, Hindistan, Qazaxıstan, Qırğızıstan və Lüksemburqdan olan 50-yə yaxın gənc iştirakçılar da bu konfransa qoşularaq fikir mübadiləsi aparıblar. Tədbirdə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi, Budapeşt şəhərindəki Türkiyə və Pakistan diplomatik nümayəndəlikləri, eləcə də Türk Dövlətləri Təşkilatının Nümayəndəlik Ofisinin təmsilçiləri iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31