azturkxeber.az
http://azturkxeber.az

Qazaxda Beynəlxalq Qadınlar Günü ilə bağlı rəsm sərgisi və konsert proqramları təşkil edilib

07-03-2025


Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbirlər keçirilib. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, Qazax Dövlət Rəsm Qalereyasında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı rəsm sərgisi keçirilib. Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rolundan söz açılıb. Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qadın gülərsə, güləcək bəşər” adlı konsert proqramı təşkil edilib. Qadınlara həsr olunan mahnılar ifa edilib, rəqslər nümayiş etdirilib. Tədbirdə Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında “Bir gecənin nağılı” tamaşasından bir parça da nümayiş olunub. Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı da yaddaqalan olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31