azturkxeber.az
http://azturkxeber.az

Ombudsman 2024-cü il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

07-03-2025

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2025-ci il martın 7-də “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2024-cü il üzrə məruzəsi ilə Milli Məclis qarşısında çıxış edib.

Çıxışdan əvvəl Ombudsman və Aparatın əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad ediblər. Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi də hörmətlə anılıb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi hörmətlə yad olunub.
Daha sonra media nümayəndələrinə müsahibə verən Səbinə Əliyevə illik məruzənin Milli Məclisdə təqdimatı zamanı qeyd olunacaq məsələlər barədə məlumat verib. Müvəkkil məruzədə təqdim olunmuş təklif və tövsiyələrin müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsinin effektiv təmininə xidmət etdiyini bildirib.
Milli Məclisdə çıxışı zamanı Ombudsman ötən il ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib. Müvəkkil məruzədə ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmini və müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr verib.
Qeyd edək ki, Ombudsmanın 2024-cü il üzrə məruzəsi təsisatın rəsmi internet saytında yerləşdirilib və geniş ictimaiyyətə yayımlanması üçün müvafiq mətbuat subyektlərinə təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31