azturkxeber.az
http://azturkxeber.az

Hərbi çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var-ZAHİD ORUC

07-03-2025

 

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı ombudsmanın məruzəsində göstərilir ki, çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var.

AzTurkxeber.az  xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

Məruzədə narkoloq və klinik psixoloqların azlığı məsələsinə ayrıca yer verildiyini vurğulayan Z.Oruc xatırladıb ki, ölkədə 2015-ci ildə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə bu rəqəm 34 minə çatıb:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Göründüyü kimi, 1 narkoloqa 500 narkotik istifadəçisi düşür. Belə şəraitdə müalicənin effektivliyi mümkün deyil. Kadrların hazırlanması sahəsində sistemli tədbirlərə ehtiyac duyulur”.

Komitə sədri əlavə edib ki, ombudsmanın Suriyadan Azərbaycana repatriasiya edilən şəxslərlə bağlı gördüyü işlər təqdirəlayiqdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31