Fövəqladə Hallar Nazirliyi (FHN) Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsində təlim keçirib
AzTurkxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzi tərəfindən DSX-nin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda nəzəri-praktiki tədbir çərçivəsində təlim keçirilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.