azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyi yeni seçilmiş bələdiyyə üzvləri üçün seminar-müşavirə təşkil edib

07-03-2025

 

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən sonuncu seçkilərdən sonra formalaşmış Bakı bələdiyyələrinin və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələrinin iştirakı ilə seminar-müşavirələr keçirilib.

AzTurkxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Tədbirlərdə Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə illik məruzəsinin Milli Məclisdə müzakirəsi zamanı yerli özünüidarəetmənin problemləri ilə bağlı deputatlar tərəfindən qaldırılmış məsələlər müzakirə olunaraq onların icrası istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda, bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər barədə ətraflı məlumat verilərək belə tədbirlərin mütəmadi davam etdirilməsindən  bəhs olunub.

Tədbirlərdə bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması,  korrupsiyaya qarşı mübarizə və maraqların toqquşması sahəsində təqdimatlar edilərək, korrupsiya hüquq pozuntuları, korrupsiya hüquq pozuntularının subyektləri, bu pozuntuların törədilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, yerli özünüidarəetmənin mahiyyətinə uyğun olaraq yerli əhali ilə sıx təmasların, bələdiyyələrin fəaliyyəti barədə əhalinin mütəmadi məlumatlandırılmasının və onların fəaliyyətinin mediada işıqlandırılmasının əhəmiyyəti, beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsi, yerli vergilərin yığılması ilə bağlı qanunvericiliyin tələbləri və s. məsələlər də müzakirə olunaraq bu istiqamətdə bir sıra tövsiyələr verilib.

Sonda bələdiyyələr tərəfindən səsləndirilən məsələlər üzrə fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31