azturkxeber.az
http://azturkxeber.az

Bakıda Moskva şirkətlərinin innovasiyaları nümayiş etdiriləcək

07-03-2025

Bakıda Moskva şirkətlərinin innovasiyaları nümayiş etdiriləcək


Martın 11-dən 13-nə kimi Bakıda Moskva İxrac Mərkəzinin (MİM) təşkilatçılığı ilə Moskva şirkətlərinin biznes missiyası keçiriləcək.

MİM-dən verilən xəbərə görə, tədbir Azərbaycanda tərəfdaş axtarışı və işgüzar əməkdaşlığın inkişafına yönəlib.

Görüş və danışıqlar “The Landmark Hotel Baku”da təşkil olunacaq. Biznes missiya çərçivəsində baş tutacaq təqdimat hissəsində Moskva şirkətləri öz layihələrini nümayiş etdirəcəklər. Bundan başqa potensial tərəfdaşlarla fərdi görüşlər keçiriləcək.

“Azərbaycan bazarı regionda biznesini genişləndirməyə çalışan Moskva şirkətləri üçün böyük maraq doğurur. Biznes missiyada iştirak onlara innovativ həllərini təqdim etmək, əlaqələr qurmaq və yerli bazarda fəaliyyətin xüsusiyyətlərini öyrənmək imkanı verəcək”, – deyə Moskva İxrac Mərkəzinin baş direktoru Vitali Stepanov bildirib.

Tədbirdə sənaye avadanlıqları, rəqəmsal texnologiyalar, tibb və ekoloji texnologiyalar sahəsində fəaliyyət göstərən aparıcı Moskva müəssisələri iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31