azturkxeber.az
http://azturkxeber.az

"YAŞAT" Fondu Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir

06-03-2025

 

5 mart 2025-ci il tarixində "YAŞAT" Fondunun  ölkəmizdə fəaliyyət göstərən bankların nümayəndələri ilə görüşü baş tutub.

Tədbir Azərbaycan Banklar  Assosiasiyası ilə birgə əməkdaşlıq çərçivəsində gerçəkləşib.

"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov  şəhid ailə üzvlərinə və müharibə əlillərinə dəstək istiqamətində həyata keçirilən işlər, sosial layihələr və təşəbbüslər barədə məlumat verib.

Həmçinin müvafiq çərçivədə nəzərdə tutulan məsələlər və prioritet hədəflər diqqətə çatdırılıb.

Görüş iştirakçıları arasında qeyd olunan məqamlar üzrə  əməkdaşlıq perspektivləri, Fondun fəaliyyəti üzrə icra olunacaq layihələrə mümkün dəstək tədbirləri müzakirə edilib.

"YAŞAT" Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31