azturkxeber.az
http://azturkxeber.az

Sosial Xidmətlər Agentliyi beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

06-03-2025

Sosial Xidmətlər Agentliyi beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində iki mükafata layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentlik sosial xidmət sahəsində verdiyi töhfələrə görə “Asiyanın Seçilən Sosial Xidmət Agentliyi Mükafatı” və uşaqların gələcəyinin inkişaf etdirilməsinə yönəlmiş layihələrinə görə “Asiya Uşaq İnkişafı Mükəmməlliyi Mükafatı” ilə təltif edilib.

Qeyd edək ki, müsabiqə Asiya regionunda fəaliyyət göstərən təşkilatların və fiziki şəxslərin uğurlarını nümayiş etdirərək, onların dünya səviyyəsində tanıdılması məqsədi daşıyıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31