azturkxeber.az
http://azturkxeber.az

Polad Rzayev paralimpiyanın dağ xizəyi idman növünə cəlb olunub

06-03-2025

 

Vətən müharibəsinin iştirakçısı Polad Rzayev paralimpiyanın dağ xizəyi idman növündə mübarizə aparacaq.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi tərəfindən dağ xizəyi idman növünə cəlb olunan P.Rzayev gündəlik məşqlərdə iştirak edir, öz bacarıqlarını inkişaf etdirir.

Paralimpiyaçımız həmçinin “Şahdağ” Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə böyüklər arasında keçirilmiş həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kubokunda da gücünü sınayıb.

P.Rzayevin yarışlara hazırlığı və beynəlxalq turnirlərdə iştirakı üçün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. P.Rzayev “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31