Ombudsman sabah Milli Məclisdə illik məruzə ilə çıxış edəcək
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sabah Milli Məclisdə illik məruzə ilə çıxış edəcək.
AzTurkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məumata görə, Milli Məclisin növbəti plenar iclasında 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında Ombudsmanın illik məruzəsi müzakirə olunacaq. İllik məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edəcək.