MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının iclası keçirilib
Martın 6-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
AzTurkxeber.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə MDB PA–da Milli Məclisin nümayəndə heyətinin üzvləri- MDB PA-nın elm və təhsil üzrə daimi komissiyasının sədr müavini Bəxtiyar Əliyev və komissiyanın üzvü Fariz İsmayılzadə iştirak ediblər.
İclasda “Süni intellekt texnologiyaları haqqında”, “MDB-yə üzv dövlətlər üçün gənc istedadların inkişafı və dəstəklənməsi sisteminin normativ-hüquqi tənzimlənməsi” və digər qanun layihələri ətrafında müzakirələr aparılıb.
Onlayın iclasın sonunda komissiyanın növbəti iclasının tarixi və gündəliyi müəyyənləşdirilib.