azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda ev yandı, ata və oğul xəsarət aldı

06-03-2025

Lənkəranda ev yandı, ata və oğul xəsarət aldı


Lənkəran rayonunun Girdəni kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Yanğın hadisəsi 1961-ci il təvəllüdlü Zakir Murtuza oğlu Əliyevə məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın zamanı ev sahibi Zakir Əliyev və oğlu Murad Əliyev xəsarət alıb. Xəsarət alan 64 yaşlı Z.Əliyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31