Avropa İttifaqının nazirləri Şengen zonasına səyahət edənlərin giriş-çıxışının rəqəmsal qeydinə imkan verəcək “Elektron Giriş-Çıxış Sistemi”nə (EES) mərhələli keçidi təsdiqləyiblər. Avropa İttifaqı Şurasından verilən yazılı açıqlamaya görə, Polşada bir araya gələn Aİ ölkələrinin daxili işlər nazirləri üzv dövlətlərin 6 ay müddətində mərhələli şəkildə “Elektron Giriş-Çıxış Sistemi”ni (EES) tətbiq etmələrini təmin edəcək tənzimləmə üzərində razılığa gəliblər.
Müqaviləyə əsasən, üzv ölkələr ilk 60 gün ərzində biometrik funksiyalar olmadan yeni sistemlə işləyə biləcəklər, lakin 3 aydan sonra yeni sistemdən sərhəd-keçid məntəqələrinin ən azı yarısından istifadə etməli olacaqlar. AB-yə daxil olarkən yeni sistemə 6 aylıq keçid dövrünün sonuna qədər səyahət sənədlərinin əllə vurulması davam edəcək, lakin bu müddətin sonunda bütün məlumatlar elektron sistem vasitəsilə işlənəcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Avropa İttifaqı oktyabrın 12-dən turistlərlə bağlı yeni sistem tətbiq edir