azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb

06-03-2025

  
2025-ci ilin mart ayının 5-də Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikasının Baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev arasında görüş keçirilib.

Görüşdə əməkdaşlıq haqqında 23 sentyabr 2020-ci il tarixində imzalanmış Saziş çərçivəsində MAA və Prokurorluq arasındakı səmərəli əlaqələri, kadr hazırlığı sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini, habelə əldə olunan müsbət nəticələri nəzərə alaraq əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müvafiq razılıq əldə olunub. 

Memoranduma əsasən, Prokurorluq orqanlarının əməkdaşlarının tədrisdə, MAA-nın professor-müəllim heyətinin isə Prokurorluğa qəbul olunan və fəaliyyətdə olan əməkdaşlarının ixtisasartırma prosesində iştirak etməsi, hüquqi və elmi maarifləndirmə istiqamətində birgə təlim kurslarının, seminar və mühazirələrin təşkili, “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin Prokurorluqda ictimai köməkçi (könüllü) qismində isə, MAA-nın professor-müəllim heyətinin Prokurorluqda qanunvericilik aktlarının hazırlanması prosesinə cəlb edilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31