azturkxeber.az
http://azturkxeber.az

DİM qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün bu gün test imtahanı keçirir

02-03-2025

DİM qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün bu gün test imtahanı keçirir


Martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirir.

DİM-dən bildirilib ki, elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov) təşkil edilən imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. İmtahan bir saat davam edəcək.

İmtahan vermək üçün 136 namizəd müraciət edib. İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 2 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Namizədlər imtahana gələrkən kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31