azturkxeber.az
http://azturkxeber.az

Məhkəmə-Hüquq Şurası ilə Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

01-03-2025


Fevralın 28-də Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov arasında görüş keçirilib.

Görüşdə ikitərəfli əlaqələr yüksək qiymətləndirilib, 20-yə yaxın hakimin MAA-da pedaqoji fəaliyyətə cəlb edilməsi, 11 hakimin isə Akademiyanın məzunu olması vurğulanıb. Eyni zamanda, MAA nəzdində yaradılmış hüquq sahələri üzrə dissertasiya şurası çərçivəsində Ali Məhkəmədən ekspert rəylərinin alınması istiqamətində də məsələlər müzakirə olunub.

Memoranduma əsasən, hüquqşünaslıq ixtisası üzrə təhsil alanların Şuranın struktur bölmələrində təcrübə keçməsi, tədrisdə hakimlərin iştirakı, birgə ölkə əhəmiyyətli və beynəlxalq elmi konfrans, dəyirmi masa, seminar, təlim kursları, görüş və simulyasiyaların təşkili, tədris-metodiki vəsait və nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətində daha çox rast gəlinən problemlərin həlli məqsədilə elmi-praktik araşdırmaların aparılması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31