azturkxeber.az
http://azturkxeber.az

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

25-02-2025

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin mətbuat xidmətindən bildirilib ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728