azturkxeber.az
http://azturkxeber.az

Ötən ay kart vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

Ötən ay kart vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb


Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,8 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 18,1 faiz, kredit kartları üzrə 0,3 faiz olub. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb. 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,845 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,052 milyon manatı POS-terminallar, 3,1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə erçəkləşdirilib. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68,5 faizini təşkil edib.

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, 2024-cü ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 6,8 faiz, POS-terminalların sayı 37,3 faiz artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728