azturkxeber.az
http://azturkxeber.az

DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir

21-02-2025

 

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.

AzTutkxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib.

Gecə saatlarından təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir.

Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Mövcud hava şəraiti ilə bağlı dünən axşam saatlarından 102 Zəng Mərkəzinə daxil olan 417 çağırış üzrə dağ və meşə, həmçinin respublika əhəmiyyətli avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728