azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda polis əməkdaşları tərəfindən reydlər aparılır

06-11-2024

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif yerlərində reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, reyd zamanı dayanma-durma qaydalarını kobud şəkildə pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.

Tədbir zamanı yol polisləri Naxçıvan şəhəri ərazisində piyada keçidlərindən düzgün istifadə etməyən şəxslərlə də maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumatlandırıb, onları yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930