azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyinin Tibb baş idarəsində vakant vəzifələr üzrə müsabiqə elan edilir

02-06-2026

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə həkim-mütəxəssislərin və tibb işçilərinin qulluğa qəbulu üzrə müsabiqə elan edilir. Müsabiqə aşağıdakı vakansiyaları əhatə edir:

Həkim (baza ali təhsilli)

Həkim-terapevt

Həkim-nevroloq

Həkim-psixiatr

Həkim-kardioloq

Həkim-infeksionist

Həkim-otorinolarinqoloq

Həkim-dermatoveneroloq

Həkim-cərrah

Həkim-anestezioloq

Həkim-reanimatoloq

Həkim-pulmonoloq

Həkim-oftalmoloq

Həkim-ginekoloq

Həkim-rentgenoloq və texnik

USM (ultrason müayinəsi) mütəxəssisi

Feldşer

Tibb bacısı/qardaşı

Tibb baş idarəsinə qulluğa qəbul “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun olaraq müsahibə əsasında həyata keçirilir. Müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali və orta tibb təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak etmək üçün ərizə ilə müraciət edə bilərlər.

Namizədlər 15 iyul 2026-cı il tarixinədək ərizə formasını dolduraraq hr.medical@justice.gov.az e-poçt ünvanına və ya kağız daşıyıcıda iş günləri və iş vaxtı ərzində Nazirliyin Tibb baş idarəsinə (ünvan: Bakı şəhəri, Akim Abbasov küçəsi 86) təqdim etməlidirlər.

Qanunvericiliklə ədliyyə orqanlarında işləməklərinə mane olan hallar aşkar edilməyən namizədlərlə müsahibə keçiriləcək. Müsahibədən uğurla keçmiş namizədlərin Tibb baş idarəsinin təqdimatı ilə müvafiq vakant vəzifələrə təyin olunması məsələsinə baxılacaq.

Qeyd edək ki, vakansiyalar Tibb baş idarəsində və tabe qurumlarında rəhbər və işçi heyət üzrə vəzifələri əhatə edir.

Namizədlər ətraflı məlumat almaq üçün 012 498 17 20 nömrəli telefonla əlaqə saxlaya bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930