azturkxeber.az
http://azturkxeber.az

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub

02-06-2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiya xidmətlərindən yararlanan uşaqlar üçün bayram proqramı təşkil edilib.

Azturkxeber.az xəbər verir ki, tədbir çərçivəsində uşaqların emosional rifahının və sosial bacarıqlarının inkişafına dəstək məqsədilə qrup terapiyası fəaliyyətləri keçirilib, mərkəzdə bayram ab-havası yaradılıb və uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Bayram proqramı çərçivəsində uşaqlar Sea Breeze ərazisində təşkil olunan əyləncəli tədbirdə də iştirak ediblər. Burada onlar müxtəlif oyun və əyləncə fəaliyyətlərinə qoşularaq asudə vaxtlarını səmərəli keçirib, yaşıdları ilə ünsiyyət qurublar.

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin fəaliyyətinə və uşaqlar üçün təşkil olunan tədbirlərə göstərilən dəstəyə görə Leyla Əliyevaya təşəkkür bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930