azturkxeber.az
http://azturkxeber.az

COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb

06-11-2024

COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb

“COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək.

Bunu Bakı Baş Səhiyyə Mərkəzi publik şəxsin direktoru Elçin Əmirov mətbuat üçün keçirilən brifinqdə deyib.

Elçin Əmirov qeyd edib ki, tibb məntəqələrinin fəaliyyət göstərmə səbəbi səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir.

“COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb. Tibb məntəqələri lazımi bütün avadanlıqla təmin olunub. Bundan başqa, təcili tibbi yardım maşınlarının COP29 zolaqları ilə hərəkəti nəzərdə tutulur”, - deyə E.Əmirov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930