azturkxeber.az
http://azturkxeber.az

Novxanıda əməliyyat: gizli narkobunker aşkarlandı

08-06-2026

Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkotik xassəli bitkilərin kultivasiyasına qarşı əməliyyatlar davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayonunun Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb.

Azturkxeber.az-ın məlumatına görə, onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu, həmçinin 2 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, E.Qurbanov bunkerə xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri quraşdıraraq çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930