azturkxeber.az
http://azturkxeber.az

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

08-06-2026

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında əldə ediləcək istənilən razılaşmanı qəbul etməli olacaq.

Azturkxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Onun başqa seçimi olmayacaq. Bütün qərarları mən verirəm, o yox”, – deyə ABŞ lideri vurğulayıb.

Tramp, həmçinin qeyd edib ki, İranın İsrailə raket hücumları Vaşinqtonun Tehranla diplomatik həll yolu axtarmaq niyyətinə təsir göstərməyib.

“Bu, razılaşmaya heç bir şəkildə təsir etməyəcək. Həmin hücumlar uğurlu olmadı”, – deyə ABŞ Prezidenti əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930