azturkxeber.az
http://azturkxeber.az

Səyyar ASAN xidmət Gürcüstanda

08-06-2026

5, 6 və 7 iyun 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində, ölkəmizin Gürcüstandakı Səfirliyində Azərbaycan Respublikasının vətəndaşlarına dövlət xidmətlərinin çatdırılması üçün Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilib.Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobusda vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən yararlanıblar.

Azturkxeber.az-ın məlumatına görə, Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin isə dəstəyi ilə təşkil olunub.

Bu çərçivədə 500-ə yaxın vətəndaşın işi asanlaşıb.

Səyyar ASAN xidmətin gələcəkdə digər ölkələrdə də keçirilməsi nəzərdə tutulub.

Əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930