azturkxeber.az
http://azturkxeber.az

Pakistan nümayəndə heyəti ilə görüş keçirilib

08-06-2026

AZPROMO-da Pakistan nümayəndə heyəti ilə keçirilən görüşdə Pakistan şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azturkxeber.az xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın investisiya mühiti, iqtisadi zonalarda yaradılan infrastruktur, investorlar üçün tətbiq olunan güzəştlər, eləcə də Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Tərəflər sənaye infrastrukturu, tekstil və geyim istehsalı, pərakəndə satış, qida məhsulları, səhiyyə texnologiyaları, tibbi turizm və daşınmaz əmlak sahələrində mümkün tərəfdaşlıq istiqamətlərini qiymətləndirib, məlumat mübadiləsinin aparılmasına dair razılığa gəliblər. Həmçinin Pakistan tərəfi bu ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930