Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumat xidmətdən məlumatı verilib.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılmışdır.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: