azturkxeber.az
http://azturkxeber.az

Ombudsman uşaqların rəqəmsal mühitdə müdafiəsinə dair qanun layihəsinin müzakirəsində iştirak edib

08-06-2026

Milli Məclisdə uşaqların rəqəmsal mühitdə qorunmasına dair qanun layihəsinin müzakirəsi keçirilib.

Müzakirələrdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Azturkxeber.az-ın məlumatına görə, paylaşımda qeyd olunub ki, rəqəmsal mühit uşaqlara yeni imkanlar yaratmaqla yanaşı, onların hüquq və təhlükəsizliyi baxımından yeni çağırışlar da meydana çıxarır.

Ombudsman vurğulayıb ki, uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin olunması yalnız ailələrin deyil, eyni zamanda dövlət qurumlarının, media nümayəndələrinin, texnologiya platformalarının və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.

S. Əliyeva bildirib ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və effektiv müdafiə mexanizmlərinin tətbiqi uşaqların rəqəmsal məkanda hüquqlarının daha etibarlı qorunmasına mühüm töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930