azturkxeber.az
http://azturkxeber.az

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

08-06-2026

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri başlayıb.

Azturkxeber.az xəbər verir ki, KXDR lideri Kim Çen Inın dəvəti əsasında baş tutan səfər iki gün davam edəcək. Bu, ÇXR Sədri Si Cinpinin cari ildə ilk xarici səfəri olmaqla yanaşı, həm də onun Çin lideri kimi Şimali Koreyaya 2-ci səfəri olacaq. Bundan əvvəl, o, 2019-cu ildə Şimali Koreyada səfərdə olub.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunan paradda iştirak üçün Çində səfərdə olarkən iki ölkənin liderinin görüşü olub. İki ölkə arasında sıx siyasi, iqtisadi münasibətlər var. Bu il Şimali Koreya və Çin arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 65-ci ildönümüdür. Həmin sənəd iki ölkə münasibətlərinin təməlini təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930