İlham Əliyev “Vətən” İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseydə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.