Milli Məclisin deputatı Günay Ağamalı Psixiatriya Xəstəxanasının kollektivi ilə görüşdü
28 Yanvar 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalı Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının kollektivi ilə görüşdü.
Görüş zamanı tibb müəssisəsinin fəaliyyəti, burada çalışan həkim və tibb personalının iş şəraiti, eləcə də xəstələrin müalicə prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.
Millət Vəkili Günay Ağamalı səhiyyə sahəsinin inkişafı, psixi sağlamlığın qorunması və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində dövlət tərəfindən atılan addımları xüsusilə vurğuladı.
Görüşdə iştirak edən xəstəxana kollektivinin üzvləri deputata onları maraqlandıran məsələlərlə bağlı suallar ünvanlayıb, bir sıra təklifləri səsləndiriblər. Görüş səmimi və məhsuldar müzakirələrlə yekunlaşdı.