azturkxeber.az
http://azturkxeber.az

Ombudsman: İnternat tipli təhsil müəssisələrində uşaqların psixoloji tələbat və sosial adaptasiyalarının təmini Ombudsman Aparatının prioritetlərindəndir

03-02-2025

 

"Təhsil müəssisələrində təhsilalanlara psixoloji xidmət mövcud qanunvericiliyə uyğun şəkildə göstərilir. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasında təhsilin bütün pillə və səviyyələrində sağlam psixoloji mühiti, fərdi inkişafı və təhsil alanların psixoloji tələbatlarını təmin etmək məqsədilə psixoloji yardım göstərilməsinə təminat verilir".

Bu sözləri AzTurkxeber.az-a açıqlamasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman Aparatı tərəfindən keçirilən monitorinqlər çərçivəsində internat tipli təhsil müəssisələrində uşaqlara göstərilən psixoloji xidmət səviyyəsinin müsbət istiqamətdə olmasının müşahidə edildiyini qeyd edən Ombudsmanın sözlərinə görə, bütün bunlarla yanaşı, sağlamlıq imkanları məhdud olan uşaqların təhsil aldığı internat məktəblərində azyaşlıların psixi sağlamlığına göstərilən diqqətin artırılması, uşaqlarla psixoloji işin aparılmasında müvafiq standartlaşdırılmış sənədlərin, fərdi iş planlarının formalarının işlənib hazırlanması, bu istiqamətdə məşğələlərin aparılması üçün kabinetlərin əyani vəsaitlərlə təmin olunması zəruridir.
 
"Psixoloq və digər mütəxəssislərin çatışmazlığı ilə bağlı məsələ şəxsən mənim diqqətimdədir. 2023-cü il üzrə məruzəmdə müvafiq uşaq müəssisələrində uşaqlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasının təmini məqsədilə bəzi təkliflərimi etmişdim. Həmin təkliflərimə əsasən, müvafiq uşaq müəssisələrində uşaqlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasının təmini məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 yanvar tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nda “tibb bacısı”, “gecə dayəsi” və “psixoloq” ştatlarının sayının artırılmasını vurğulayaraq, müvafiq uşaq müəssisələrində uşaqların sağlam, təhlükəsiz, həmçinin inkişaf etdirici mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli, 157 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, eləcə də internat tipli gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları”nda “gecə dayəsi” və “psixoloq” ştatlarının sayının artırılmasını qeyd etmişdim. Həmçinin ümumi təhsil müəssisələrində uşaqlarla psixoloji işin səmərəli təşkili məqsədilə “Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 fevral tarixli, 70 nömrəli Qərarı ilə müəyyən edilmiş “psixoloq” ştatı sayının artırılması, Ədliyyə Nazirliyinin tabeliyində olan yetkinlik yaşına çatmayanların saxlanıldığı müəssisələrə keçirilən başçəkmələr zamanı da saxlanma şəraiti, habelə psixoloji işin təşkili ilə bağlı müvafiq tövsiyələrimi vermişəm. Başçəkmələrin təhlilinə əsasən penitensiar müəssisələrdə psixoloji yardımın səmərəli təşkili istiqamətində tədbirlərin gücləndirilməsi zəruri hesab olunur. Qapalı müəssisələrdə saxlanılan və psixi sağlamlığına potensial təhlükə yarana biləcək şəxslərə keyfiyyətli və adekvat yardımın göstərilməsinə ehtiyac vardır. Qeyd edək ki, yetkinlik yaşına çatmayan məhkumların təhsil hüququnun təmin edilməsi vəziyyətinə, islah olunmalarına və azad olunduqdan sonra cəmiyyətə inteqrasiyası prosesinə nəzarətin gücləndirilməsini də prioritet istiqamətlərdən sayaraq, təkliflərimə bunu da daxil etmişəm. Bununla yanaşı, penitensiar müəssisələrdə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin cəza çəkdiyi müəssisələrdə mediasiya institutunun tətbiqinin də müsbət təcrübə kimi diqqətə alınması məqsədəmüvafiqdir. Bu təcrübə hazırda bir sıra Avropa ölkələrində, habelə ABŞ-da tətbiq olunmaqdadır”, - deyə Səbinə Əliyeva qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728