azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi ilə birgə layihələr reallaşdıracaq

03-02-2025


Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikası Mədəniyyət Turizm Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Atatürk Mədəniyyət Mərkəzinin rəhbəri Zeki Eraslan ilə görüşüb.

Ankarada Atatürk Mədəniyyət Mərkəzində keçirilən görüş zamanı Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələr, Türk dünyasının ortaq dəyərləri, milli mədəniyyətin təbliği məqsədi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Atatürk Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq müzakirə olunub və tərəflər arasında bu istiqamətdə yol xəritəsinin hazırlanması razılaşdırılıb.

Türkiyədəki Atatürk Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Türk dövləti və düşüncə həyatını formalaşdıran şəxsiyyətlərin qısa ömür hekayələri silsiləsi və tərcüməsi” adlı layihəyə Azərbaycanın tarixi şəxsiyyətlərinin, mütəfəkkirlərinin daxil edilməsi, Türkiyə tərəfinin yaratdığı uşaq ədəbiyyatı və nağılların təbliğinə dair onlayn portala Azərbaycanın qoşulması, Türk dünyası və Şərqin böyük bayramı Novruz bayramı, onun adət-ənənələri ilə bağlı birgə layihələrin reallaşdırılması, Azərbaycana dair kitabların Türkiyədəki Atatürk Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə olunması ilə əlaqədar təkliflər müzakirə edilib, onların həyata keçirilməsinə dair birgə iş aparılması qərara alınıb.

Daha sonra Atatürk Mədəniyyət Mərkəzinin yeni binası, Mərkəzin kitabxanası, konfrans və konsert sarayı, araşdırma mərkəzləri ilə tanışlıq olub, gələcəkdə birgə tədbirlərin, layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728