azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda enerji səmərəliliyi sahəsində yeni dövlət standartları qəbul edilib

04-02-2025

Azərbaycanda enerji səmərəliliyi sahəsində yeni dövlət standartları qəbul edilib


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 15218:2025 “Yerləşgələrin soyudulması üçün buxarlandırıcı ilə soyutma kondensatorlu və elektrik intiqallı kompressorlu kondisionerlər və mayeli soyuducu aqreqatlar - Terminlər, təriflər, sınaq şərtləri, sınaq üsulları və tələblər” və AZS EN 30-2-1:2025 “Qazla işləyən məişət mətbəx texnikası - 2-1-ci hissə: Enerjidən səmərəli istifadə - Ümumi” dövlət standartları qəbul edilib.

AZSTAND-danbildirilib ki, sözügedən standartlar yerləşgələrin soyudulması üçün kondisionerlər, mayeli soyuducu aqreqatlar və qazla işləyən məişət mətbəx texnikasının istifadə ediləcəyi sahələrdə effektivlik, təhlükəsizlik və enerji səmərəliliyi ilə bağlı tələbləri müəyyən edir. Bu standartların tətbiqi enerji istehlakı ilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkan yaradacaq.

Qeyd edək ki, yeni dövlət standartları “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728