azturkxeber.az
http://azturkxeber.az

Bakıdan Həştərxana bütün aviauçuşlar dayandırılır

03-02-2025

Bakıdan Həştərxana bütün aviauçuşlar dayandırılır


Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

AZAL-dan bildirilib ki, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728