azturkxeber.az
http://azturkxeber.az

U-21 gənclər arasında ölkə birinciliyinin komanda yarışları keçirildi

03-02-2025

 

3 fevralda 21 yaşa qədər cüdoçuların ölkə birinciliyinin qızlar və oğlanlar arasında komanda yarışları keçirilib. 

AzTurkxeber.az -ın məlumatına görə, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qızlar arasında 3 komanda, oğlanlar arasında isə 5 komanda kubok uğrunda mübarizə aparıb.

Qızların yarışında -52 kq., -57 kq., -63 kq., -70 kq. və +70 kq. çəkilərdə, oğlanların yarışında -66 kq., -73 kq., -81 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində ümumilikdə 55 cüdoçu gücünü sınayıb.

Qızların yarışında qalib Cüdo Klub 2012 komandası olub. Gümüş medala Abşeron-Xızı regionunun komandası sahib çıxıb. 

Oğlanların yarışda çempionluğu Cüdo Klub 2012 qazanıb. Azəri-Cüdo İdman Klubu ikinci, Atilla İdman Klubu üçüncü yeri tutub.

İdmançıları təbrik edirik!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728